Külək Bakıya nə qədər ziyan vurdu?


10:40     06 Avqust 2019 2019/08/776154_1565073745.jpg

Dünən müşahidə olunan güclü külək nəticəsində paytaxtda 60-a yaxın ağac və ağac budağı qırılıb.

Femida.az xəbər verir ki, Bakı Meriyasının Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov qafqazinfo-ya açıqlamasında bildirib ki, bənzər hadisə paytaxtın müxtəlif rayonlarında qeydə alınıb.

"Ağac və ya ağac budaqlarının aşması nəticəsində 8 avtomobilə zərər dəyib. Hazırda müraciət edənlərin problemlərinin 90%-i aradan qaldırılıb.

Aşan ağaclar ərazidən götürülüb. Güclü külək nəticəsində əyilərək qəzalı vəziyyətə düşən ağaclar qeydiyyata alınıb. İdarə gücləndirilmiş iş rejimində çalışır".

Femida.az

Açar sözlər:

Oxunub: 371