Yunus Oğuzun imza mərasimi keçirilib
11:24 06 Avqust 2019
Tovuz şəhəri Puşkin adına orta məktəbdə millət vəkili Qənirə Paşayevanın təşəbbüsü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, Tovuz rayon icra hakimiyyəti, Tovuz rayon təhsil şöbəsinin təşkilatçılığı ilə yazıçı-publisist Yunus Oğuzun oxucularla görüşü kecirilib.
Femida.az xəbər verir ki, görüşdə şəhər ictimaiyyəti, kitabsevərlər və rayonun kəndlərindən müxtəlif məktəblərin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Görüşü giriş sözü ilə millət vəkili Qənirə Paşayeva açdı və hər bir azərbaycanlının tariximizi öyrənməsinin vacibliyi ətrafında geniş fikirlərini söylədi. Millət vəkili Q.Paşayeva məruzəsində Azərbaycan tarixi, vətənpərvərlik mövzularında Yunus Oğuzun kitablarının əsl mövqeyini və vacibliyini açıqladı. Millət vəkili Q.Paşayeva bu kitablarda tariximizin, milli və mənəvi dəyərlərimizin təbliğinin neçə aparılmasından danışdı.
Daha sonra Yunus Oğuz Qənirə Paşayevanın çıxışını davam etdirərək "Tarix nədir və nə üçün bilməliyik?" mövzusunda məruzə etdi. Sonra yazıçı tədbir iştirakcılarının çoxsaylı suallarına cavab verdi və 160-dan çox kitab Tovuz ictimaiyyətinə və şagirdlərə imza ilə paylanıldı. Tədbir özəlliklə gənclər tərəfindən böyük maraqla qarşılanıb. Tədbirdə rayon icra hakmiyyətinin və təhsil şöbəsinin rəsmiləri, bir çox məktəblərin müəllimləri də iştirak ediblər və onlar bu tədbirin böyüyən gənc nəsillərimiz üçün vacibliyini xüsusi vurğulayaraq yazıçı-publisist Yunus Oğuza və millət vəkili Q.Paşayevaya təşəkkürlərini bildiriblər. Tədbirdən sonra Tovuz rayon icra hakimiyyətinin rəhbərliyi, Tovuz rayon təhsil şöbəsi və bir sıra məktəblərin fəal müəllimləri ilə fikir mübadiləsi olub və bu cür tədbirlərin, gənclərlə kitablar ətrafında görüş və müzakirələrin artmasının vacibliyi bir daha vurğulanıb.
Femida.az
Oxunub: 594
Oxşar xəbərlər
- Mehriban Əliyeva Prezidentin ən yaxın silahdaşıdır - Qənirə Paşayeva
- Qənirə Paşayeva ermənilərin Özbəkistanda törətdiyi cinayətlərdən danışıb
- Qənirə Paşayeva qadın nazirlər Qarabağ həqiqətlərindən danışdı
- Qənirə Paşayeva ABŞ, Almaniya və İspaniyanın fəal qadınları ilə görüşüb
- Qənirə Paşayeva Qazaxıstan nümayəndə heyəti ilə görüşdü
- Qənirə Paşayeva Tatarıstan Dövlət Şurasının yubiley medalı ilə təltif edilib
- Qənirə Paşayeva qırğız yazarları ilə görüşüb
- Qarabağ həqiqətləri Tatarıstan Dövlət Şurasının Komitə sədrinə çatdırıldı
- Qənirə Paşayeva çinli qadınlara Qarabağ həqiqətlərindən danışdı
- Qənirə Paşayeva İsveçrənin vitse-prezidenti ilə görüşdü