“Qırmızı Xaç” Dilqəm və Şahbaza baş çəkib
12:39 06 Avqust 2019
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkiblər.
Bu barədə Femida.az-a BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
O deyib ki, BQXK-nin nümayəndələri iyul ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib və onlara ailələri ilə əlaqə saxlamaları üçün şərait yaradılıb.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Femida.az
Oxunub: 494
Oxşar xəbərlər
- “Qırmızı Körpü”də gömrük əməkdaşı bıçaqlanıb
- “Qırmızı kitab”a düşən balıqları ovlamağın cəriməsi artırıldı
- “Qırmızı Xaç”la əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
- “Qırmızı Xaç” Dilqəm və Şahbaza baş çəkib
- “Qırmızı körpü”dən Türkiyəyə yeni yol çəkilir - cəmi 4 saata çatacaqsız
- “Qırmızı Körpü” gömrük postunun rəisi işdən qovulub
- “Qırmızı Körpü”dəki problem həll edildi
- “Qırmızı kitab”a düşən ayını ovlayanların məhkəməsi başlayıb
- “Qırmızı Körpü”də səyyar hospital xidmətə başlayıb
- “Qırmızı kitab”a düşən maral ovlandı - İşə polis qarışdı