Maşın qaz borusuna dəydi, qadın öldü


14:24     06 Avqust 2019 qeza_yeni3.jpg

Avqustun 5-də saat 11 radələrində Quba rayonunun Püstəqasım kəndi ərazisində Xaçmaz rayon sakini N.Şalbuzov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı qaz borusuna vurub.


Femida.az xəbər verir ki, nəticədə onun həmyerlisi olan sərnişini Elmira Məmmədova xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Quba RPŞ tərəfindən araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 425