ARDNF-dan qızıl ehtiyatları ilə bağlı vacib AÇIQLAMA


16:08     06 Avqust 2019 19_08_06_1565093369.jpg


ARDNF Ümumdünya Qızıl Şurasının (World Gold Council) avqustun 1-də yenilədiyi dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikası hesabatında Azərbaycanın yer almamasına münasibət bildirib.


ARDNF-dən Femida.az-a verilən məlumatda qeyd olunur ki, qeyd edilən qurum ölkələrin qızıl rezervləri barədə məlumatı Beynəlxalq Valyuta Fondundan (BVF) əldə edir və bu statistika özündə əsasən Maliyyə Nazirliyi və Mərkəzi Banklar kimi monetar və fiskal qurumların balansında olan qızıl ehtiyatlarını birləşdirir. Bu səbəbdən Dövlət Neft Fondunun qızıl investisiyaları qurumun rüblük hesabatında öz əksini tapmayıb.

"Bildirmək istərdik ki, ARDNF-nin İnvestisiya siyasəti və İnvestisiya qaydalarının tələblərinə uyğun olaraq 30 iyun 2019-cu il tarixinə ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı 95,47 ton (3 069 414,783 troya unsiyası və ya 4 356,4 milyon ABŞ dolları) təşkil edir. Nəzərinizə çatdırırıq ki, ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar Fondun rüblük və illik hesabatları vasitəsilə mütəmadi olaraq ictimaiyyətə açıqlanır", - deyə məlumatda vurğulanır.

Femida.az

Açar sözlər:

Oxunub: 449


Oxşar xəbərlər