Sürücülərə xəbərdarlıq: Bu yollarda ehtiyatlı olun


16:26     06 Avqust 2019 big_1430381257_yol.jpg

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinin daxili yollarında üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, bu üzdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 359