İmişlidə ekskavator su kanalına düşüb, sürücü ölüb


16:47     06 Avqust 2019 2019/08/a8000179-12c7-42bc-ace2-078958b637c3_1565095893.jpg

İmişli rayonunda ekskavator su kanalına düşüb, sürücü ölüb.


Femida.az "Report"a istinadən verdiyi məlumata görə, hadisə ötən gün səhər saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Telişli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1984-cü il təvəllüdlü Zamin Şahin oğlu Cavadlı idarə etdiyi 33-AT-623 dövlət nömrə nişanlı DOOSAN markalı ekskavatorla hərəkətdə olarkən idarəetməni itirib və ekskavator yoldan çıxaraq su kanalına düşüb.

Hadisə nəticəsində sürücü suda boğulub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 439