Lənkəranda 5 ədəd tank əleyhinə mina aşkarlanıb


17:40     06 Avqust 2019 2019/08/0C619893-6541-4CA4-BBD5-3E3C5AD4ADFF_1565098919.jpeg

Bu gün Dövlət Sərhəd Xidmətindən (DSX) ANAMA-ya Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində minanın tapılması barədə məlumat daxil olub.

Bu barədə Femida.az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nın əməkdaşları dərhal həmin əraziyə göndərilib. ANAMA-nın mütəxəssisləri və DSX-nın əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.

ANAMA-nın mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 5 ədəd tank əleyhinə mina aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaların ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 456