Bayramda avtobusla rayona gedənlərin nəzərinə!
18:37 06 Avqust 2019
Azərbaycanın 56 avtovağzal və avtostansiya kompleksində avqustun 7-dən 14-nə qədər gücləndirilmiş iş rejimi elan edilib.
Femida.az Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən xəbər verir ki, Qurban bayramı ilə əlaqədar bayramın ilk günləri paytaxtdan regionlarımıza səfər edənlərin üstünlük təşkil etməsi ilə əlaqədar sıxlıq daha çox Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə ediləcək.
Sərnişin axınının bu il ötən ilə nisbətən daha çox olacağı ehtimal edilərək biletlərin əvvəlcədən regional avtovağzal və avtostansiyalardakı kassalardan əldə edilməsi tövsiyə olunur. Region avtovağzallarından növbəti ən böyük sıxlığın Gəncə, Mingəçevir və Şirvanda müşahidə ediləcəyi proqnozlaşdırılır. Sərnişinlərdən xahiş edilir ki, hər hansı süni qiymət artımı ilə qarşılaşdıqları təqdirdə (012) 566-52-58 nömrəsinə zəng edərək məlumat versinlər.
Femida.az
Oxunub: 469
Oxşar xəbərlər
- Bayramda restoranlara nəzarət gücləndiriləcək
- Bayramda rayona getmək istəyənlərin diqqətinə - VİDEO
- Bayramda qaz problemi olmayacaq
- Bayramda rayonlara getmək istəyənlərə xəbərdarlıq
- Bayramda bədbəxt hadisə və kütləvi zəhərlənmə olmayıb
- Bayramda 851 kq yararsız ətin satışının qarşısı alınıb
- Bayramda 73 min sərnişin daşınıb
- Bayramda qaz kartınız bloka düşsə, bu ünvanlara yaxınlaşın
- Bayramda rayona gedənlər üçün neoplanlar ayrıldı
- Bayramda borclu abunəçilərin telefonu və interneti kəsilməyəcək