Kürdəmirdə fəhlə iş zamanı hündürlükdən yıxılıb


18:51     06 Avqust 2019 fehle.jpg

Kürdəmir rayonunda fəhlə işlədiyi binadan yıxılaraq xəsarət alıb.

Femida.az-n məlumatına görə, hadisə rayon ərazisində məcburi köçkünlər üçün tikilən yaşayış massivində baş verib.

Belə ki, rayonun Atakişili kənd sakini, 1971-ci il təvəllüdlü Rəmzi Qələbə oğlu İbrahimov işlədiyi binada ehtiyatsızlıq edib və hündürlükdən yıxılıb. Yaralı ağır vəziyyətdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

Femida.az

Açar sözlər:

Oxunub: 384