Bakıda həbsxanaya telefon keçirilməsinin qarşısı alınıb


20:03     06 Avqust 2019 19_08_06_1565107394.jpg

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Femida.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.3.1 və 181.3.2 maddələrinə əsasən 14 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Məhərrəmov Yusif Məhərrəm oğluna tanışı Füzuli rayon sakini Alverdiyev İlkin İnqilab oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 3 ədəd plastik qabın içərisində gizlədilmiş daxilində danışıq kartları olan 2 ədəd “Samsung” və 1 ədəd Xiomi” mobil telefon aparatları, 2 ədəd qulaqcıq və 3 ədəd USB kabel aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 371