Prokurorluq orqanlarında işləmək istəyən 284 namizəd imtаhаn verəcək
10:14 07 Avqust 2019
Dövlət İmtahan Mərkəzi (DİM) Baş Prokurorluqla birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
DİM-dən Femida.az-a verilən məlumata görə, işə qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən 284 nəfərin namizədliyi qeydə alınıb.
İmtahan avqustun 9-da saat 10.00-da Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti, 26A) başlayacaq.
Prokurorluğa işə qəbulla bağlı müsabiqədə iştirak edəcək namizədlər 7-8 avqust tarixlərində saat 10.00-dan 18.00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə “Test imtahanına buraxılış vərəqəsi”ni və “Yaddaş kitabçası”nı Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağından (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks etdiriləcək.
Test imtahanı 3 sааt dаvаm еdir. İmtаhаndа nаmizədlərə 100 suаldаn ibаrət suаl kitаbçаsı təqdim оlunаcаq. İхtisаs üzrə 80 suаl hüququn müхtəlif sаhələrini əhаtə еdir və bu sualların hər biri 1 balla qiymətləndirilir. Digər 20 suаl isə nаmizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yохlаmaq üçün nəzərdə tutulub. Məntiqi suаllаrа vеrilən hər düzgün cаvаb 0.5 bаllа qiymətləndirilir. Müsabiqə şərtlərinə uyğun olaraq test imtahanında 70 və dаhа çох bаl tоplаmış namizədlər növbəti mərhələyə burахılacaqlar.
Femida.az
Oxunub: 508
Oxşar xəbərlər
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
- Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: "Araşdırılır"
- Prokurorluq: "Rəfael Cəbrayılovun qardaşı ötən ay ev dustaqlığına buraxılıb"
- Baş Prokurorluq: "FHN əməkdaşlarının intim videolarının yayılması ilə bağlı araşdırmalara başlanılıb"
- Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb
- Baş Prokurorluq: "İnternetdə bir-birilərini təhqir edən şəxslərə xəbərdarlıq olunub"
- Qadın əməkdaş Baş Prokurorluqda yüksək vəzifəyə təyin edilib
- Baş Prokurorluq: "161-Qaynar xətt” mərkəzi ödənişsizdir"