Qubada qohumlarının evindən oğurluq edən şəxs tutulub - FOTO

Qubada qohumlarının evindən oğurluq edən şəxs tutulub - FOTO


10:20     07 Avqust 2019 2019/08/quba1_1565158941.jpg

Quba rayonunda qohumlarının evindən oğurluq edən şəxs saxlanılıb.



Bu barədə Femida.az-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Təngəaltı kənd ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

Araşdırmalarla onun həmin kəndin sakini, 24 yaşlı Qalib Orucəliyev olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edib. Məlum olub ki, Q.Orucəliyev qohumlarının kənd ərazisində keçirilən toy mərasimində iştirak etməsindən istifadə edərək onlara məxsus fərdi yaşayış evlərinə qanunsuz daxil olmaqla oradan pul və qızıl-zinət əşyaları oğurlayıb.

Q.Orucəliyev tərəfindən oğurluq yolu ilə əldə edilmiş pul və qızıl-zinət əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar davam etdirilir. Həmin şəxsin başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.



Femida.az

Açar sözlər:

Oxunub: 155