Sabirabadda qara yaraya yoluxan xəstə ilə bağlı YENİ XƏBƏR

Sabirabadda "qara yara"ya yoluxan xəstə ilə bağlı YENİ XƏBƏR


10:46     07 Avqust 2019 xestexana_01254.jpg

Sabirabadda "qara yara"ya yoluxan 58 yaşlı kişinin vəziyyəti artıq yaxşılaşıb.

Femida.az xəbər verir ki, bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Mərkəzdən bildirilib ki, hazırda müalicəsini davam etdirən xəstə yaxın 1-2 gün ərzində evə buraxılacaq.

Qeyd edək ki, Sabirabadda iki nəfər "qara yara"ya yoluxmuşdu. İyulun 25-də xəstələr ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. İyulun 29-da xəstələrdən biri - 60 yaşlı kişi dünyasını dəyişib.

"Qara yara" xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır, xəstəlik insandan insana keçmir. 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə isə 7 nəfərdə bu xəstəliyə yoluxma qeydə alınıb. İniyədək yalnız bir nəfər "qara yara" xəstəliyindən dünyasını dəyişib.

Femida.az

Açar sözlər:

Oxunub: 142