Zelenski Türkiyəyə gedir
10:56 07 Avqust 2019
Bu gün Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə rəsmi səfəri başlayır.
Femida.az bildirir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat katibliyi məlumat yayıb.
Bildirilib ki, iki gün çəkəcək səfər dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.
Səfər zamanı tərəflər ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafını müzakirə edəcəklər.
Danışıqlar zamanı Qara dəniz hövzəsində sülh və stabilliyin bərqərar olunması haqqında fikir mübadiləsinin aparılacağı da gözlənilir.
Ankaradan sonra Zelenski İstanbulu ziyarət edəcək.
Zelenski, həmçinin Ukrayna və Krım tatarları cəmiyyətində görüş keçirəcək.
Femida.az
Oxunub: 325
Oxşar xəbərlər
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Zelenski işğaldan azad olunan yaşayış məntəqələrinin sayını açıqlayıb
- Zelenski: "Rusiya artıq Ukraynaya 3 minə yaxın raket atıb"
- Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
- Zelenski: "Ukrayna Rusiya ilə viza rejimi tətbiq edəcək"
- Bayden: “Biz xəbərdarlıq etdik, Zelenski qulaq asmaq istəmədi”
- Zelenski Putinə qarşı sanksiyalar tətbiq edib
- Zelenski Rusiya ilə danışıqlara qayıtmağın şərtini açıqlayıb
- Zelenski: "Müharibənin son mərhələsi başlayıb"
- Zelenski mühüm Qanun imzaladı