Komitə: Bəziləri Qurban bayramını "ət bayramı" bayramı kimi təqdim edirlər
11:28 07 Avqust 2019
Qurban bayramının "ət bayramı" kimi təqdim edilməsi onu mahiyyətindən uzaqlaşdırır.
Femida.az-ın məlumatına görə, bunu Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı "Dini bayramlar, ənənə və müasirlik" mövzusunda keçirilən konfransda deyib.
Qurban və Ramazan bayramının Azərbaycanın iki ən böyük dini bayramı olduğunu nəzərə çatdıran S.Salahlı hər iki bayramın bütün İslam dünyasında qeyd olunduğunu söyləyib:
"Təəssüf ki, bəziləri Qurban bayramını "ət bayramı", "ət bolluğu" bayramı kimi təqdim edirlər. Ancaq bu yanaşma bayramı mahiyyətindən uzaqlaşdırmaq deməkdir. Bayramların fəlsəfəsi insanları bir araya gətirir. Qurban bayramının mahiyyətini hər kəs bilir. Mahiyyət odur ki, Həzrəti İbrahim Allah qarşısında sədaqətli bəndə olduğunu göstərmək istəyir. Əti keçmiş zamanlarda varlı insanlar yeyərdilər. Allah-təala bu bayramı göndərib ki, yoxsul insanlar da ət yesinlər. Ramazan bayramına da pəhriz bayramı kimi baxmaq lazım deyil. Bu bayram insanın Allah qarşısındakı imtahanıdır".
Komitə rəsmisi Azərbaycanda Qurban və Ramazan bayramlarının dövlət səviyyəsində qeyd olunduğunu əlavə edib.
Femida.az
Oxunub: 373
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"