Abşeronda yol qəzası - Piyada öldü


12:57     07 Avqust 2019 2019/08/piyada-oglan_1565168306.jpg

Hadisə Pirəkəşkül qəsəbəsi ərazisində qeydə alınıb



Abşeronda ölümlə nəticələn yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 5-də saat 23 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Kazımov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Hökməli qəsəbə sakini Rəvan Abdinovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 387