DİN: Ötən gün yol qəzalarında 4 nəfər ölüb


13:04     07 Avqust 2019 big_1405422456_qeza.jpg


Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.



Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, avqustun 6-da respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 163