Bayram namazının vaxtı açıqlandı


14:31     07 Avqust 2019 19_08_07_1565173903.jpg

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.


Femida.az xəbər verir ki, bayram namazı avqustun 12-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınacaq.

Eyni zamanda, Azərbaycanın bütün məscidlərində bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazını Təzəpir məscidində qılacağı gözlənilir.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.

Femida.az

Açar sözlər: #Qurban   #bayram   #namaz  

Oxunub: 559