6 gün öncə Nabranda batan uşağın meyiti tapıldı - Dağıstan sərhədində


15:10     07 Avqust 2019 19_08_07_1565176271.jpg


Avqustun 1-də Xaçmazda, Nabran yaxınlığında yerləşən Xəzər çimərliyində boğulan azyaşlı Həsənov Polad İlham oğlunun meyiti tapılıb.

Femida.az-a bu barədə uşağın yaxınları məlumat veriblər.

6 gündür ki, davam edən axtarışlar nəhayət ki, bu gün nəticə verib. 2008-ci il təvəllüdlü uşağın meyiti Dağıstan sərhədinin yaxınlığında tapılıb və FHN əməkdaşları tərəfindən sudan çıxarılıb.

Meyit hazırda ekspertizaya göndərilib və daha sonra ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, Polad avqustun 1-də Bakıdan Xaçmaza müəllimləri və yaşıdları ilə birlikdə düşərgəyə gəlmişdi. Həmin gün axşam saatlarında 2 dostu ilə birlikdə dənizdə çimərkən uşaqlar boğulmaq təhlükəsi ilə üzləşmişdilər. Müəllimlər digər 2 uşağı xilas etsə də, Poladı sudan çıxarmaq mümkün olmamışdı.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #FHN   #boğulma   #uşaq   #Xaçmaz   #Naxçıvan   #Nabran  

Oxunub: 2834