Avropa Birliyi Türkiyəyə 127 milyon avro ayırır


15:17     07 Avqust 2019 2019/08/ab-turkiye_1565177301.jpg

Avropa Birliyi Türkiyəyə 127 milyon avro dəyərində köməklik göstərəcək.



Femida.az xəbər verir ki, bu barədə birliyin açıqlamasında bildirilib.

Türkiyəyə edilən köməklik isə, ölkədə məskunlaşan qaçqınların problemlərinin həlli üçün ayrılıb.

Bu yardımla da birliyin bu günə qədər Türkiyəyə qaçqınların məskunlaşma probleminə görə göstərdiyi yardım 1 milyard 125 milyon avroya çatıb.

Yardım əsasən, suriyalıların sağlamlıq, təhsil, qida və digər əsas ehtiyyaclarının ödənilməsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, Türkiyə say etibariylə dünyada qaçqınlara ev sahibliyi edən ilk ölkədir.

Femida.az

Açar sözlər:

Oxunub: 465