Gürcüstandan gələn avtomobildə xeyli miqdarda bal, enerji və spirtli içkilər aşkarlandı (FOTO)
15:32 07 Avqust 2019
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn bu ölkə vətəndaşının idarə etdiyi "Mercedes-Benz O 403 SHD" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında saxlanılıb və vətəndaş şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin ön hissəsində yerləşən ehtiyat təkərin içərisində, sağ arxa təkərin üzərində yerləşən gizli saxlanc və yük yerində 40 kq bal, 768 ədəd 250 qramlıq "Red Bull" markalı enerji içkiləri, 82 ədəd 330 qramlıq "Corona Extra" markalı spirtli içkilər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 494
Oxşar xəbərlər
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyə ediləcək
- Gürcüstandan daha 97 Azərbaycan vətəndaşı təxliyə edilir
- Gürcüstandan 178 Azərbaycan vətəndaşı təxliyə ediləcək
- Gürcüstandan Ermənistana növbəti cavab: “Xoşunuza gəlmirsə..."
- Gürcüstandan Azərbaycana 170 nəfər təxliyə edildi
- Gürcüstandan gələn avtomobillərdə siqaret və spirtli içkilər aşkarlanıb
- Gürcüstandan gələn avtomobilin yanacaq çənindən 800 ədəd pirotexniki vasitə çıxdı
- Gürcüstandan qanunsuz yolla gətirilən siqaretlər müsadirə edildi
- Gürcüstandan Azərbaycana gələn şəxsdən silah-sursat götürülüb