Qızılın 1 unsiyasının qiyməti 1500 dolları keçib


16:02     07 Avqust 2019 2015-05-14-09-34-14qizil-liderxeber-640.jpg


Bu gün ABŞ-ın Nyu-York əmtəə birjasında qızılın 1 unsiyasının qiyməti 2013-cü ilin aprel ayından bəri ilk dəfə 1 500 dolları keçərək 1 503 dollarda qərarlaşıb.


Bu barədə “Bloomberg” agentliyi xəbər verir.

Eyni prosesin London əmtəə birjasında da getdiyi bildirilir. Analitiklərin fikrincə, ABŞ və Çin arasında ticarət müharibəsinin yenidən qızışması, qlobal iqtisaid artımın ləngiməsi, dünyanın mərkəzi banklarının pul-kredit siyasətini yumşatması fonunda investorların qızıla tələbatı artıb. Odur ki, qiymətli metal bahalaşmaqdadır. İlin əvvəli ilə müqayisədə qızıl təxminən 17% dəyər qazanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 136


Oxşar xəbərlər