Avtovağzal əlavə avtobuslar cəlb edəcək
16:24 07 Avqust 2019
Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Qurban bayramı ilə əlaqədar avqustun 7-dən 14-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Femida.az Trend-ə istinadən xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib ki, bayram günlərində sərnişinlərin rahatlığının təmin olunması və sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslarının sərnişindaşıma prosesinə cəlb olunması ilə yanaşı bütün zəruri tədbirlər görüləcək.
Sərnişinlər şikayət və ya sorğularla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzinə zəng etməklə yanaşı, [email protected] e-mail ünvanına və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin "Facebook" səhifəsinə yazıb müraciət edə bilərlər.
Biletləri BBAK-ın kassalarından gündəlik və ya səfər tarixinə 10 gün qalmışdan 1 gün öncəyədək əldə etmək mümkündür. "Onlayn" qaydada bilet almaq istəyən sərnişinlər avtovagzal.az saytı üzərindən və ya mobil tətbiq vasitəsilə biletlərini təmin edə bilərlər.
Femida.az
Oxunub: 599
Oxşar xəbərlər
- Avtovağzalın yaxınlığında yanğın başlayıb - VİDEO
- Avtovağzaldan rayonlara getmək istəyən 1715 sərnişin biletini geri qaytarıb
- Avtovağzalda dezinfeksiya işləri davam etdirilir
- Avtovağzalda hər gün 300-dən çox avtobus dezinfeksiya olunur - Foto
- Avtovağzalın qarşısından keçən magistral yol genişləndiriləcək
- Avtovağzalda cibgirlik edən keçmiş məhkum tutuldu
- Avtovağzaldan gecə reysləri bu istiqamətlər üzrə olacaq
- Avtovağzal Qurban bayramı ilə əlaqədar əlavə avtobuslar cəlb edəcək
- Avtovağzal gücləndirilmiş iş rejiminə keçir
- Avtovağzalda 5 yaşlı uşağa tam bilet satılıb