Masallıda avtomobildən 10 min manatlıq qızıl-gümüş oğurlandı


18:58     07 Avqust 2019 19_08_07_1565185143.jpg

Masallı rayonu ərazisindəki bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən N.Səmədov Bakı şəhərində saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 28-də rayon ərazisindəki bir avtomobildən ümumvətəndaşlıq pasportu, mobil telefon aksesuarı, 10 min manat dəyərində qızıl və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş N.Səmədov Bakı şəhərində saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 157