Yanğında itən 3 yaşlı körpə vəfat etdi (Yenilənib)


22:15     19 May 2015 414380.jpg

Binəqədidə baş verən dəhşətli yanğın nəticəsində itkin düşən 3 yaşlı körpə dünyasını dəyişib.


Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən verilən məlumata görə 3 yaşlı Fərəh Məhərrəmova dünyasını dəyişib.

****

Femida.az xəbər verir ki,itgin düşmüş uşaq tapılıb.Uşağın atası Elnur Məhərrəmov bu haqda məlumat verib. Onun sözlərinə görə, 3 yaşlı Fərəh Məhərrəmova xilasedicilər tərəfindən xilas edilərək təcilli yardım həkimlərinə təhvil verilib. Təcilli Yardım briqadası uşağı Respublika Klinik Xəstəxanasına yerləşdiriblər: “Hazırda onun yanına gedirəm”.

Qeyd edək ki, yanğın baş verəndən sonra sosial şəbəkələrdə binanın azyaşlı sakini F. Məhərrəmovanın itkin düşməsi barədə məlumatlar yayılıb.

****

Binəqədidə baş verən dəhşətli yanğın nəticəsində 3 yaşlı körpə itkin düşüb.

Bu barədə jurnalist Əzizə İsmayılova facebook hesabında yazıb. O bildirib ki, atası uşağı tapa bilmir: “Hadisə baş verəndə uşaq evdə anası ilə olub. Qızın anası Məhərrəmova Günay Şövkət qızı yanıq xəsarətləri ilə Toksikologiya mərkəzindədir. Vəziyyəti ağırdır. Uşağın atası Məhərrəmov Elnur Şövkət oğlu hazırda bütün xəstəxanaları gəzərək övladını axtarır”.

Açar sözlər:

Oxunub: 771