Həyətində xaş-xaş əkən şəxs saxlanıldı


17:56     07 Avqust 2019 19_08_07_1565185580.jpg


Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 46 yaşlı Mərdan Qasımov saxlanılıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan dekorativ gül kollarının arasında yetişdirilmiş dörd ədəd əkilib-becərilməsi qadağan olunan narkotik təbiətli xaş-xaş bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 601