Yaponiyada Asama vulkanı püskürməyə başladı


20:38     07 Avqust 2019 2019/08/776590_1565196096.jpg

Yaponiyanın Honsü adasının mərkəzi hissəsində yerləşən Asama vulkanı püskürməyə başlayıb.

Femida.az Trend-ə istinadən xəbər verir ki, püskürməyə üçüncü dərəcəli təhlükə statusu verilib.

Hələlik vulkan püskürməsi nəticəsində hər hansı bir fəsadın olmadığı deyilsə də, sakinlərə vulkana 4 kilometrədək yaxınlaşmamaq məsləhət görülüb.

Püskürmə hazırda davam edir.

Qeyd edək ki, 2568 metr hündürlüyü olan Asama aktiv vulkanı sonuncu dəfə 2009-cu ildə püskürüb.

Açar sözlər:

Oxunub: 629