Dollar bahalaşdı


14:44     10 Noyabr 2015 2312568.jpg

Bu gün noyabrın 6-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.


Femida.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 10-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 6-sı ilə müqayisədə 0,0003 manat və ya 0,3% artaraq 1,0501 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0143 manat və ya 1,25% azalaraq 1,1281 manata enib.

Açar sözlər:

Oxunub: 1296