Sabiq prezidentin iqamətgahına hücum oldu - Qırğızıstanda


21:33     07 Avqust 2019 19_08_07_1565206599.jpg

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin Koy-Taşe kəndində yerləşən iqamətgahına hücum nəticəsində ən azı 15 nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinə istinadən RİA "Novosti" məlumat yayıb.

"Saat 23:25-ə (Bakı vaxtı ilə 21:25-də) olan məlumata görə, xəstəxanalarda ümumilikdə müxtəlif xəsarətlərlə 15 yaralı var", — deyə idarədən bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 402