Atambayevin iqamətgahına hücum nəticəsində yaralı sayı 48-ə çatıb - Xüsusi təyinatlı ölüb


09:30     08 Avqust 2019 19_08_08_1565242286.jpg

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat zamanı 48 nəfər xəsarət alıb.


Femida.az-ın məlumatına görə, faktı Qırğızıstan Səhiyyə Nazirliyi təsdiq edib.

Məlumata görə, xəstəxanaya 48 nəfər müraciət edib. Onlardan 9 nəfəri ambulator müalicəyə buraxılıb. Ümumilikdə isə 38 nəfərin stasionar müalicədə olduğu bildirilir.

Qeyd edək ki, daha bir nəfər xüsusi təyinatlının isə həlak olduğu qeyd edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 146