Latviyada erməni qaçaqmalçı saxlanıldı


09:51     08 Avqust 2019 19_08_08_1565243512.jpg


Bir müddət əvvəl Riqa aeroportunda 31 min 251 avro nağd pulu deklarasiya etmədən keçirmək istəyən erməni əsilli İsveç vətəndaşı saxlanılmışdı. Artıq qaçaqmalçının işi polis tərəfindən ölkə prokurorluğuna təhvil verilib.


İsveçdə yaşayan erməni əsilli şəxsin baqajına baxış zamanı oradan 31 min 251 avro, 920 İsveç kronu və 32 min erməni dramı aşkarlanıb. Aparılan istintaq zamanı məlum olub ki, həmçinin Ermənistan vətəndaşlığı daşıyan şəxs əvvəllər İsveçdə də tütün məhsullarının qanunsuz satışı ilə məşğul olduğuna görə həbs edilib.

Əməliyyat zamanı şəxsin üzərindəki pullar müsadirə olunub, iş isə Latviya prokurorluğuna verilib. (AzərTAc)

Femida.az

Açar sözlər:

Oxunub: 477