Rezidenturaya qəbul bu gün başa çatır


13:43     08 Avqust 2019 2019/01/dim_yeni_1548059111.jpg

Rezidenturanın boş qalan yerlərinə ərizə qəbulu bu gün başa çatır.


Dövlət İmtahan Mərkəzindən AFemida.az -a bildirilib ki, 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul olanların qeydiyyatı başa çatıb. Boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək istəyən və ixtisas seçiminə buraxılmış namizədlər avqustun 8-i saat 16:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əsli və surətini təqdim etməklə, Mərkəzə (ünvan: Bakı şəhəri, Ə.Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası) şəxsən müraciət edə bilərlər. Boş qalan yerlərə qəbul olan namizədlərin qeydiyyatı isə avqustun 9-da aparılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 492