Şənbə günü istilik 37 dərəcəyədək artacaq - Bazar günü soyuyacaq


14:06     08 Avqust 2019 19_08_08_1565258884.jpg

“Sabaha havanın temperaturu bu günə nisbətən bir qədər yüksələcək və 30-32 dərəcə isti təşkil edəcək. Avqustun 10-da (şənbə günü) isə zəif cənub-şərq küləyinin üstünlüyü olacaq. Temperaturun yenidən yüksəlməsi gözlənilir”.


Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, paytaxtda maksimal temperatur 35-37 dərəcə təşkil edəcək, hava şəraiti bir qədər rütubətli olacaq.

U.Tağıyeva qeyd edib ki, bu isti hava birgünlük olacaq: “Avqustun 11-də yenidən paytaxtda şimal küləyinin güclənməsi gözlənilir. Təbii ki, belə olan halda havanın temperaturu aşağı enəcək. Son 15 il ərzində belə anoloji hava şəraiti 2010 və 2013-cü illərdə müşahidə olunub və intensiv yağış yağıb”.

Femida.az

Açar sözlər:

Oxunub: 497