Qurban bayramı üçün heyvan kəsimi məntəqələri - ÜNVANLAR
14:10 08 Avqust 2019
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bayram günlərində qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edərək, şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün onları heyvan satışı və kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli icra orqanları ilə birgə təşkil olunmuş çadırtipli kəsim məkanlarında həyata keçirməyə çağırır.
Femida.az xəbər verir ki, Qurban bayramı günlərində Respublika üzrə 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi fəaliyyət göstərəcək.
Vətəndaşlar bayram günlərində əvvəlcədən seçim edərək, qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün müəyyənləşdirilmiş yerlərə müraciət edə, təşkil olunan xidmətlərdən yararlana bilərlər.
Respublika üzrə qurbanlıq heyvanların satış və kəsim məntəqələrinin ünvanları ilə aşağıdakı linkə keçid etməklə tanış ola bilərsiniz.
http://afsa.gov.az/uploads/info/warning/s__yahi_pdf1565249960.pdf
Femida.az
Oxunub: 1281
Oxşar xəbərlər
- Qurbanlıq heyvanların satışı və kəsimi yerləri - SİYAHI
- Qurbanlıq heyvanların satışı və kəsimi yerləri - SİYAHI
- Qurbanqulu Berdiməhəmmədov Ceyhun Bayramovla görüşüb
- Qurban Qurbanov koronavirusa yoluxub
- Qurban Məmmədov saxlanıldı
- Qurbanlıq qoyunların onlayn satışına maraq böyükdür
- Qurban bayramına görə vətəndaşlarımıza 190 manat veriləcəkmi?
- Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri belə olacaq
- Qurban bayramının nə vaxt qeyd olunacağı açıqlanıb
- Qurban Yetirmişli: "Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilmir"