Elinanın intiharına görə mühakimə olunan direktor barədə şikayət təmin olunmadı
15:07 08 Avqust 2019
Bu gün Bakı Apelyasiya Məhkəməsində 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsinə dair şikayətə baxılıb.
Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəfin şikayəti təmin olunmayıb.
Qeyd edək ki, bu ilin aprelində Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb. Həmin vaxt məktəbin direktoru olmuş Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Bu yaxınlarda qətimkan tədbirinin vaxtı uzadılıb. Zərərçəkmiş tərəf ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsində isə şikayət müddəti keçdiyi üçün zərərçəkən tərəfin şikayəti təmin olunmayıb.
Səbail rayon Məhkəməsi müraciətin bərpası ilə bağlı müraciəti təmin edib. Bu səbəbdən təkrar məhkəmə keçirilib. / APA
Femida.az
Oxunub: 629
Oxşar xəbərlər
- Elinanın ailəsi apellyasiya şikayəti verib - Daha ağır cəza istəyirlər
- Elinanın məhkəməsində dəhşətli faktlar - “O şəkillə şantaj edirdi”
- Elinanın ölümü ilə bağlı istintaq davam edir - Baş Prokurorluq
- Elinanın ölümündə adı hallanan Xalidə Bayramovanın vəzifəsi əlindən alındı
- Elinanın intihar etdiyi məktəbə müvəqqəti direktor təyin edildi
- Elinanın xalası qızına ölüm təhdidi - Prokurorluq işə qarışdı
- Elinanın ölümünə görə - Direktora CİNAYƏT İŞİ AÇILDI
- Elinanın ölümündə adı hallanan oğlanı qaçırmaq istədilər -İDDİA
- Elinanın intiharı ilə bağlı cinayət işi başladı - Məktəb direktoru ifadə verir