FHN yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib


15:05     08 Avqust 2019 2019/08/fhn-fov_1565262598.jpg

Fövqəladə Hallar Nazirliyi (FHN) Muğan regional Dövlət Yanğın Nəzarəti idarəsinin xidməti ərazisinə daxil olan fermerlərlə maarifləndirici seminar keçirib.

Femida.az-ın məlumatına görə, Sabirabadda FHN-nin Muğan regional Dövlət Yanğın Nəzarəti idarəsi xidməti ərazisinə daxil olan Biləsuvar, Neftçala, Salyan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarının və Şirvan şəhərinin pambıq tədarükü və emalı ilə məşğul olan fermerlərlə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə seminar-müşavirə keçirib. Tədbirdə Muğan regional Dövlət Yanğın Nəzarəti idarəsinin rəisi polkovnik Orxan Məmmədyarov tövsiyə və maarifləndirici xarakterli çıxış edib. O.Məmmədyarov qeyd edib ki, pambıq tədarükü və emalı zamanı pambıq istehsalı və tədarükü ilə məşğul olan bütün sahibkarlıq obyektləri, kəndli fermer təsərrüfatı rəhbərləri yanğının baş verməməsi üçün bütün təhlükəsizlik qaydalarına əməl etməli, qabağlayıcı tədbirləri yerinə yetirməlidirlər. Tarladan pambıq tədarükü idarəsinə və emal sexlərinə qədər lazım olan bütün yanğınsöndürmə avadanlıqları ilə təmin olunmalı, yanğın törədə biləcək bütün texnika və elektrik təsərrüfatı saz vəziyyətə gətirilməlidir. Yanğın baş verən zaman istifadə olunacaq su hovuzlarında daim suyun olmasını təmin etmək, su hovuzları və onun ətrafında yanğınsöndürən texnikanın sərbəst manevr etməsi üçün meydançalar olmalıdır.

Onun dediyinə görə, Pambıqtəmizləmə zavodlarında və emal müəssisələrində yanğınsöndürən texnikanın yanğın zamanı istiqamətləndirici, həmçinin maariflndirici lövhələrin düzgün yerləşdirlməsi təmin edilməlidir. Ərazilər quru otlardan, yanğın törədici pambıq liflərində vaxtlı-vaxtında təmizlənməsi ciddi prosedurlardan biri olmalıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 421