Ermənistanda işsizlərin sayı kəskin artıb


15:35     08 Avqust 2019 2019/08/Ermə-1565260052_1565264192.jpg

Ermənistanda iş axtaran qadınların sayı kişilərin sayından çoxdur.


Femida.az xəbər verir ki, Ermənistan Statistika Komitəsinin hesabatına əsasən, 2019-cu ilin 6 ayı ərzində ölkə üzrə əmək qabiliyyətli əhalinin sayı 2 milyon 650 min 600 nəfər təşkil edib. Onlardan 1 milyon 115 min 900 nəfəri qadın, 949 min 700 nəfəri isə kişidir.

Bundan əlavə, cari ildə işsiz əhalinin rəsmi sayı 253 min 600 nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü (237 min 600 nəfər) ilə müqayisədə 16000 nəfər çoxdur.

Qeyd edək ki, statistik məlumata əsasən, Ermənistanın daimi əhalisinin sayı 2 milyon 961 min 600 nəfər. Son illər işsizlikə əlaqədar ölkəni tərk edənlərin sayı xeyli artıb.

Femida.az

Açar sözlər:

Oxunub: 301