Atambayevin iqamətgahında yeni əməliyyat başlayıb
16:18 08 Avqust 2019
Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayevin Bişkek yaxınlığındakı evi ətrafında daha bir əmliyyat başlayıb.
Femida.az “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, əməliyyata cəlb edilən 200 nəfərədək polis əməkdaşı səsli və işıqlı qumbaralar və bibər qazı tətbiq edir, qarşı tərəf isə daş və Molotov kokteyli atır.
“24” xəbər verir ki, paytaxtın 20 kilometrliyindəki Koy-Taş kəndində yerləşən A.Atambayevin evinə tərəf üç “KamAZ” maşını, beş avtobus və iki mikroavtobus polis yeridilib. Bundan əvvəl şəhərdə prezident Sooronbay Jeenbekovun istefası tələbi ilə aksiya keçirməyə hazırlaşan A.Atambayevin tərəfdarları baş verənlərdən xəbər tutaraq Koy-Taşa üz tutub.
Femida.az
Oxunub: 372
Oxşar xəbərlər
- Atambayevin xanımı jurnalistlər qarşısına çıxdı
- Atambayevin işinə daha 2 maddə əlavə olundu
- Atambayevin oğlu da istintaqa çağırıldı
- Atambayevin 40-a yaxın tərəfdarı saxlanılıb
- Atambayevin təslim olma anının videosu yayıldı
- Atambayevin iqamətgahına hücum nəticəsində yaralı sayı 48-ə çatıb - Xüsusi təyinatlı ölüb