Külək maşını aşırdı: qadın sürücü və anası öldü


16:27     08 Avqust 2019 2019/08/muellime_1565267810.png

Avqustun 5-də Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən 5-ci km-də Abbasova Nuranə Məhəmməd qızının idarə etdiyi "Nissan Micra" markalı 99 SH 379 dövlət nömrə nişanlı avtomobil güclü küləkdən idarəetmənin itirib və aşıb.


Nəticədə avtomobildə xəsarət alan sərnişin Qadımova Gülqəz Savalan qızı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Femida.az unikal.org-a istinadən xəbər verir ki, 1951-ci il təvəllüdlü Gülqəz Qadımova əslən Füzuli rayon Köçəhmədli kəndindəndir. Mərhum qəza zamanı avtomobili idarə edən xanım sürücünün anasıdır.

Onlar Nabrandan istirahətdən qayıdarkən qəzaya düşüblər. Mərhum Binəqədi rayonunda yerləşən məcburi köçkün məktəbində Azərbaycan dili-Ədəbiyyatı müəllimi işləyirmiş.





Femida.az

Açar sözlər:

Oxunub: 610