Azərbaycan Bolqarıstana etiraz notası verib
16:47 08 Avqust 2019
Bolqarıstan parlmentinin üzvləri Valeri Simeonov və Yordan Apostolovun bu ilin 6-7 avqust tarixlərində ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfəri və burada qondarma separatçı rejimin “nümayəndələri” ilə keçirdikləri görüşlərlə bağlı Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən etiraz notası Bolqarıstan Xarici İşlər Nazirliyində keçirilmiş görüş zamanı qarşı tərəfin diqqətinə çatdırılıb.
Xarici İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, rmənipərəst mövqeyi ilə tanınan deputat V.Simeonovun bu, ölkəmizin işğal edilmiş ərazilərinə 3-cü qanunsuz səfəridir, onun adı 2016-cı ildə həyata keçirdiyi icazəsiz səfər nəticəsində “işğal edilmiş ərazilərimizə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşları” siyahısına daxil edilib:
"Deputat Y.Apostolova gəldikdə isə, ölkəmizin işğal olunmuş ərazilərinə icazəsiz səfər edən digər xarici ölkə vətəndaşlarının halında olduğu kimi, onun da bu səfəri eyni hüquqi nəticələri doğuracaq".
Femida.az
Oxunub: 382
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)