Qırğızıstanda fövqəladə vəziyyət tətbiq oluna bilər
18:58 08 Avqust 2019
Qırğızıstan parlamentinin deputatları ölkədə fövqəladə vəziyyətin tətbiq olunmasını təklif edib.
Bu təklifi növbədənkənar iclasda iştirak edən deputatların böyük əksəriyyəti dəstəkləyib.
Bu təklifin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekova çatdırıldığı deyilir.
Qeyd edək ki, otən gün A.Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat həyata keçirilib. Yaranmış qarşıdurmada 52 nəfər xəsarət alıb. Faktı Qırğızıstan Səhiyyə Nazirliyi təsdiq edib.
Məlumata görə, xəstəxanaya 52 nəfər müraciət edib. Onlardan 20 nəfər xəstəxanada, daha 11 nəfər güc strukturlarının tibb müəssisələrində müalicə olunur.
Femida.az
Oxunub: 494
Oxşar xəbərlər
- Qırğızıstanda hakimiyyətin zorla ələ keçirilməsi cəhdinin qarşısı alınıb
- Qırğızıstanda seçkilər: Japarov qalib gəlir
- Qırğızıstanda Prezidentin səlahiyyətləri Baş Nazirə verildi
- Qırğızıstanda Prezident Aparatının 26 əməkdaşı virusa yoluxdu
- Qırğızıstanda zəlzələ olub
- Qırğızıstanda prokuror qətlə yetirilib