Zelenski kazinoları qanuniləşdirir


17:34     08 Avqust 2019 2019/04/zelenski_1555915379.jpg

Ukrayna prezidenti Vladimir Zelenski qumar oyunlarını qanuniləşdirmək istədiyini açıqlayıb.



Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, onun təklifi beşulduzlu otellərdə kazinoların fəaliyyətinə aiddir. Prezidentin sözlərinə görə, qumar oyunlarının leqallaşdırılması turizmin inkişafına təkan verəcək.

Xatırladaq ki, Zelenski hələ prezidentliyə namizəd olarkən Ukraynanı Las-Veqas etmək üçün bir fürsət olduğunu açıqlamışdı.

Qeyd edək ki, Ukraynada qumar oyunlarına 2009-cu ildən bəri qadağa qoyulub.

Femida.az

Açar sözlər:

Oxunub: 390