Sosial sığorta haqları üzrə daxilolmalar artıb


17:49     08 Avqust 2019 manat_180215.jpg

Əmək bazarının şəffaflaşmağa başlaması, nəticədə işçi sayının və əməkhaqqı fondunun yüksək artım dinamikasının müşahidə olunması şəraitində bu ilin yanvar-iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar 16,3 faiz artaraq 1 milyard 273 milyon manat təşkil edib, proqnoz 112,5 faiz icra olunub.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Femida.az-a bildirilib ki, qeyri-büdcə təşkilatları üzrə isə daxilolmalar 18 faiz artıb, proqnoz 116 faiz icra edilib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 47 faiz artaraq 48 milyon manat təşkil edib, proqnoz 116 faiz icra olunub. Qeyri-büdcə təşkilatları üzrə isə həmin daxilolmalar 60 faiz artaraq, proqnoz 121 faiz icra edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 332