Almazbek Atambayev saxlanılıb


17:52     08 Avqust 2019 almazbek-atambayev-via-ria-novosti.jpg

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev saxlanılıb.



Femida.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, sabiq Prezident özü təslim olub.

Qırğızıstan Sosial Demokrat Partiyasının nümayəndəsi Kunduz Joldubayeva və A. Atambayevin tərəfdarı Fərid Niyazov sabiq Prezidentlə birlikdədir.

Qeyd edək ki, ötən gün A. Atambayevin həbs edilməsi üçün əməliyyat keçirilib. Əməliyyat zamanı 52 nəfər yaralanıb, bir xüsusi təyinatlı ölüb.

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Təhlükəsizlik Şurasının iclasında A. Atambayevi ölkə Konstitusiyasını və qanunlarını kobud şəkildə pozmaqda ittiham edib.

Qırğızıstanda sabiq Prezident A. Atambayevə qarşı parlament araşdırması aparılır. Bu ilin iyununda deputatlar sabiq Prezidenti toxunulmazlıqdan məhrum ediblər. Ona qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb. Son bir il yarım ərzində A. Atambayevin tərəfdarları da cinayət məsuliyyətinə cəlb edilib. O, iyul ayında Moskvaya gedib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Xatırladaq ki, A. Atambayev 2010-cu ildə baş vermiş inqilab zamanı müxalifətin lideri olub. O Qırğızıstanın sayca 4-cü Prezidentidir. A. Atambayev ölkəyə 2011-2017-ci illər aralığında rəhbərlik edib.

Femida.az

Açar sözlər:

Oxunub: 490