Prezidentin vəzifə verdiyi gənc rəhbər KİMDİR? - DOSYE
20:11 08 Avqust 2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin İdarə Heyətinə sədr və İdarə Heyətinin üzvləri təyin edilib.
Femida.az xəbər verir ki, Tural Kərimli İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri, Fariz Quliyev və Ayan Kərimova İdarə Heyətinin üzvləri təyin olunub.
Məlumat üçün bildirək ki, T. Kərimli 1981-ci ildə anadan olub. Qafqaz Universitetində beynəlxalq hüquq üzrə bakalavr və magistr təhsili alıb.
Təhsilini Harvard Universiteti Con Kennedi Dövlət İdarəçilik Məktəbində İnvestisiya qərarları və maliyyə davranış iqtisadiyyatı sahəsi üzrə davam etdirib.
T. Kərimli 2009-2017-ci illərdə “İSRA” Şirkətlər Qrupuna rəhbərlik edib. 2018-ci ilin yanvar ayından Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, bundan əvvəl Fariz Quliyev Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbində baş müəllim, Ayan Kərimova isə “Yüksək Texnologiyalar Parkı” MMC-nin Layihələrə Dəstək və Biznesin İnkişafı şöbəsinin müdiri vəzifəsində çalışıb.
Femida.az
Oxunub: 1612
Oxşar xəbərlər
- KİV: Ərdoğan NATO sammitinə altı maddəlik dosye ilə gedəcək
- Yüksək vəzifəyə təyin olunan Əliyar Məmmədov kimdir? - DOSYE
- Elman Rüstəmovu əvəzləyəcək Taleh Kazımov kimdir? - DOSYE
- Yeni səhiyyə naziri Teymur Musayev kimdir? - Dosye
- Prezidentin bu gün təyin etdiyi xidmət rəisi kimdir? - DOSYE
- Yüksək vəzifəyə təyin olunan Əli Əlizadə kimdir? - DOSYE
- Baş Prokurorluğun həbs etdiyi Pərviz Abbasov kimdir? - DOSYE
- Prezidentin vəzifə verdiyi Zaur Mikayılov kimdir? - DOSYE
- Yeni nazir Rəşad Nəbiyev kimdir? - DOSYE
- Şuşanın alınması xəbərini Prezidentə məruzə edən zabit kimdir? - DOSYE