Azərbaycanda zəlzələ olub


20:53     08 Avqust 2019 19_08_08_1565283255.jpg

Avqustun 8-də Zaqatala stansiyasından 24 kilometr qərbdə - Balakən rayonu ərazisində 3 maqnituda gücündə zəlzələ baş verib.

Femida.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 18:58-də qeydə alınıb.

Ocağı 5 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 382