Azərbaycan Prezidenti sinqapurlu həmkarına məktub ünvanlayıb


21:31     08 Avqust 2019 prezident2.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti xanım Həlimə Yaquba təbrik məktubu imzalayıb.

Femida.az-ın xəbərinə görə, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Sinqapurun milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".

Femida.az

Açar sözlər:

Oxunub: 225