FHN köməksiz qalan 2 uşağı xilas etdi


08:50     09 Avqust 2019 lift9.jpg

Bakı şəhərinin Yasamal rayonunda 2 nəfər azyaşlı liftdə köməksiz vəziyyətdə qalıb.

Femida.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıların liftdən çıxmasına kömək ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 258