Tovuzda toydan qayıdarkən qəzaya düşdülər, tələbə öldü


09:06     09 Avqust 2019 2019/08/c1db8-1565293365_1565327049.jpg

Tovuzda bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin giriş hissəsində qeydə alınıb. Üç avtomobilin toqquşması ilə nəticələnən qəzada bir nəfər ölüb, iki nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Məlumata görə, zəncirvari qəza zamanı ölən şəxs Tovuz rayon sakini, Müzəffər İlqar oğlu Hüseynzadədir. Onun tələbə olduğu bildirilir. Xəsarət alan 2 nəfərin isə vəziyyəti ağırdır.

Qeyd edək ki, qəza toy mərasimindən qayıdan zaman baş verib. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 425